RU

Arda xaosun ortasında Alonsodan ayrılıq açıqlaması

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasında “Real Madrid”in 1-2 hesabı ilə məğlub olduğu Mançester Siti" matçı ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, yerli media azarkeşlərin məşqçi Xabi Alonsounu deyil, oyunçuları fitə basmasına diqqət çəkib. Türk futbolçu Arda Güler ikinci hissədə oyuna daxil olub. Ardanın performansı ilə bağlı İspaniya ABC qəzeti şərh yayımlayıb. Şərhdə deyilir ki, Ardanın oyuna daxil olması, matçın gedişatını dəyişməyib. Açıqlamaya görə, Arda ümumi xaosun ortasında bacarıqlarını ortaya qoymağa çalışsa da, bacarmayıb. Oyundan sonra Xabi Alonso istefaya göndərilə biləcəyi ilə bağlı iddialara, "Mənim gələcəyim? Bu, mənimlə bağlı deyil. Mən "Real Madrid"in növbəti matçına diqqət yetirirəm, vacib olan budur”, - deyə cavab vermişdi.

Qeyd edək ki, “Real”ın uğursuz oyunlarından sonra Xabi Alonsonun istefası müzakirə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
metbuat.az

2Источники