RU

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

DTX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.

Избранный
34
45
yeniazerbaycan.com

10Источники