RU

AFFA Almaniyada çıxış edən azərbaycanlı futbolçuları izləyir

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

AFFA Almaniyanın "Qröyter Fürt" klubunda çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllını izləyir.

"Yeni Sabah" AZƏRTAC-a istinadla AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev məlumat verib.

O, 2011-ci il təvəllüdlü oyunçunu diqqət mərkəzində saxlayacaqlarını bildirib:

“Tuncay yarımmüdafiəçidir. Bir həftə əvvəl onun haqqında mənə məlumat verilib. İndi həmin futbolçunun videolarına baxacağıq. Bəyəndiyimiz halda aşağı yaş qrupları üzrə yığmaya dəvət edəcəyik”.

Bəxtiyar Musayev T.İsmayıllı ilə yanaşı, Almaniyanin digər klubu “Essen-Şönebek”də forma geyinən və daha əvvəl U-21 millimizə dəvət alan Murad Həmidovu da izlədiklərini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
7
yenisabah.az

8Источники