RU

Arsenal ın baş məşqçisi Qabriel Jesusla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta hücumçu Qabriel Jesusun komandadan ayrılacağı ilə bağlı şayiələrə cavab verib. Sport24.az xəbər verir ki, "topçular"ın çalışdırıcısı bununla bağlı "Sky Sports"a açıqlama verib:

"Xeyr, onun getməsini düşünmürəm. Xüsusilə də hazırda düşdüyümüz vəziyyəti nəzərə alsaq. Fikrimcə, onun komandaya verə biləcəyi çox şey var və o, oynamağa hazır olanda bunu artıq sübut edib. O, "Arsenal" üçün çox şey edib və indi bizim işimiz bir komanda olmaqdır".

Qeyd edək ki, artıq neçə vaxtdır ki, İngiltərə mətbuatında hücumçunun qış "transfer pəncərəsi"ndə London klubundan ayrıla biləcəyi ilə bağlı xəbərlər paylaşılır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
sport24.az

1Источники