RU

Ərdoğan: Türkiyə Pakistanla Əfqanıstan arasında atəşkəsin uzadılmasına yardım etməyə hazırdır

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Pakistan və Əfqanıstan arasında münaqişənin dayandırılması üçün hazırlanan dəstək mexanizminə töhfə verməyə hazır olduğunu bildirib.

Moderator.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin administrasiyası yayıb.

R.T.Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə Aşqabadda "Beynəlxalq sülh və etimad ili - 2025" forumu çərçivəsində keçirilən görüşdə deyib: "Pakistan və Əfqanıstan arasında atəşkəsin uzadılması məmnunluq doğurur. Türkiyə münaqişəsizlik rejiminə dəstək üçün yaradılan mexanizmə töhfəsini verməyə hazırdır".

Türkiyə lideri həmçinin rəsmi Ankara ilə İslamabad arasında energetika, ticarət, investisiya və digər sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək planlarından danışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
moderator.az

2Источники