RU

Ukrayna ordusu Xəzər dənizində Rusiyanın iki gəmisini vurub

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində əməliyyat keçirib və nəticədə iki Rusiya tankeri vurulub.

Moderator.az xəbər verir ki, bu barədə əməliyyat qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, xüsusi əməliyyat zamanı Kalmıkiyaya silah və hərbi texnika daşıyan Rusiya gəmilərinə zərbələr endirilib.

Məlumata görə, hər iki gəmi hərbi məqsədlər üçün istifadə olunur. Sözügedən tankerlər İranla Rusiya arasında hərbi təchizatın çatdırılmasında iştirakçı olduğundan ABŞ-nin sanksiyalarına məruz qalıb.

Xəbərdə bildirilir ki, Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusunun hücum imkanlarını sarsıtmaq üçün asimmetrik hərəkətlər etməyə davam edəcək.

Bu, Ukraynanın son iki gündə Xəzər dənizində ikinci hücumudur. Dekabrın 11-də Ukrayna ordusu Xəzər dənizinin Rusiya sektorunda neft hasilatı platformasına uzaqmənzilli dronlarla zərbə endirib.

Избранный
23
moderator.az

1Источники