RU

FTB: “ İran keçmiş ABŞ rəsmilərinə qarşı hücum planlarını davam etdirir” 

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) Əməliyyatlar üzrə direktoru Maykl Qlaşin Konqresə təqdim etdiyi hesabatda bildirib ki, İran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq Amerikanın bəzi keçmiş hökumət rəsmilərinə qarşı hücumlar planlaşdırmaqda davam edir.

Vətəninfo.az xəbər verir ki, hesabatda qeyd edilir ki, Tehran, habelə, bölgədə Hizbullah kimi proksi qruplara dəstəyini artırır.

Qlaşin 2024-cü ilin oktyabrında SEPAH-ın Qüds qanadı ilə əlaqəli bir şəxsin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla yüksək rəsmilərə qarşı sui-qəsd planlarına görə həbs edildiyini xatırladıb.

ABŞ Ədliyyə Nazirliyi ötən il məlumat vermişdi ki, İran tərəfdən bir məmur Fərhad Şakeri adlı vasitəçiyə Trampı izləmək və ona qarşı sui-qəsd hazırlamaq tapşırığı verib.

Избранный
46
veteninfo.az

1Источники