RU

İş dayandıqda belə, işçinin yeri və əməkhaqqı qorunacaq

İşçilərin təqsiri olmadan işin dayandırıldığı müddətdə onların iş yeri və əməkhaqqı saxlanılacaq.

Ölkə.az xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinin 230-cu maddəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb:

“İşçilərin təqsiri olmadan əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində iş yerlərində işin dayandırıldığı müddətdə işçilərin iş yeri, vəzifəsi (peşəsi) və orta əməkhaqqı saxlanılır.”

Əmək Məcəlləsinin 270-ci maddəsinə təklif olunan dəyişiklikdə isə kollektiv əmək mübahisəsi zamanı işçilərin fəaliyyətinə xitam verilməsi qadağan edilir:

“Kollektiv əmək mübahisəsinin yaranması və tətil keçirilməsi ilə əlaqədar işçilərin işdən çıxarılması, sayının azaldılması və ya ştatların ixtisarı, habelə kollektiv əmək mübahisəsinin yarandığı müəssisənin (filialın, nümayəndəliyin) ləğvi və ya yenidən təşkili, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi qadağandır.”

Bu məsələ Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Mürtəza

Избранный
20
1
olke.az

2Источники