RU

Məşhur yazıçı vəfatETDİ

Məşhur britaniyalı romançı Coanna Trollop 82 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC yazıçının yaxınlarına istinadən məlumat yayıb.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Coanna Trollop öz əsərlərində İngiltərənin mərkəzi bölgələrindəki romantik münasibətlər və intriqalar mövzularına toxunurdu.

Onun ən məşhur əsərləri arasında “Pastor Hardinqin qızı”, “Rektorun arvadı”, “Sevgiliyə ərə getmək” və “Gəlinlər” kimi romanlar var. Yazıçının bir çox kitabı 25-dən çox dilə tərcümə olunub, bəziləri isə televiziya üçün ekranlaşdırılıb.

Nuriyyə NATİQQIZI

 

Избранный
17
1
redaktor.az

2Источники