RU

SOCAR-ın Rumıniyadakı şirkətinin əməkdaşları Ümumilli Lider Heydər Əliyevin anım gününü keçiriblər

Buxarest, 12 dekabr, AZƏRTAC

SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Buxarestin Tei parkında Ulu Öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, “SOCAR Petroleum SA”nın əməkdaşları qarşısında çıxış edən şirkətin baş direktoru Ramin Əliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində müstəsna tarixi xidmətlərini qeyd edib.

Ramin Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft-qaz strategiyasının bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanması, torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi də diqqətə çatdırılıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
31
azertag.az

1Источники