RU

Məşhur idman geyimi brendinin baş direktoru İSTEFA VERİR

Məşhur idman geyimi brendinin rəhbəri istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bahalı yoqa geyimləri ilə tanınan “Lululemon Athletica” şirkətinin baş direktoru Kalvin Makdonald gələn ilin yanvar ayının sonunda vəzifəsini tərk edəcək. O, 7 ildən çoxdur ki, şirkətə rəhbərlik edirdi.

Bu qərar şirkətin əsas bazarı olan ABŞ-da satışların azalması və səhmlərin son bir ildə təxminən 50% dəyər itirməsi fonunda qəbul edilib. Brend son vaxtlar “Vuori” və “Alo Yoga” kimi rəqiblər qarşısında mövqeyini itirir.

Həmçinin, ötən yay “Breezethrough” kolleksiyasındakı taytların narahat və biçimsiz olması səbəbindən müştərilərin şikayətləri ilə üzləşərək satışdan çıxarılması şirkətə ciddi zərbə vurub.

Bundan əlavə, ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflər şirkətin xərclərini artırıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
16
interpress.az

1Источники