RU

AİB Türkiyə səhiyyəsinin modernləşdirilməsi üzrə HILAL layihəsini nəzərdən keçirir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Türkiyədə səhiyyə sistemininhərtərəfli təkmilləşdirilməsinə yönəlmiş HILAL (HealthInfrastructure Enhancement, Lifesaving Medical Advancements, andLogistics) layihəsini nəzərdən keçirir.

Trend bu haqdaAİB-ə istinadən xəbər verir.

Məlumata görə, layihənin maliyyələşməsinin ümumi məbləği bankınkapital resursları hesabına 390 milyon ABŞ dolları təşkiledəcək.

“Mövcud problemlərin həlli üçün layihə sistemli yanaşma iləhəyata keçiriləcək. Xəstəxana və tibbi infrastruktur, o cümlədənbirinci dərəcəli səhiyyə müəssisələri əsas regionlarda hərtərəflişəkildə yenilənəcək və seysmik dayanıqlıq tələblərinə, klinikstandartlara, enerji və su səmərəliliyi normalarına, həmçinin ümumiəlçatanlıq və gender adaptivliyi tələblərinə uyğun olaraqmodernləşdiriləcək.

2023-cü ilin fevralında baş verən zəlzələlərdən sonra ərazidəaparılan tədqiqatlarının nəticələrinə əsasən, seysmoizolyasiyalıxəstəxanaların əsasən fəaliyyətini davam etdirdiyi, yalnızstruktura aid olmayan cüzi zədələr aldığı və konstruktiv zədələrəməruz qalmadığı müəyyən edilib. İnvestisiyalar həmçinin daşqınlar,güclü küləklər və ekstremal istilər kimi iqlim təsirlərinə qarşıdayanıqlığın artırılmasına töhfə verəcək”, – məlumatdabildirilir.

Избранный
44
2
az.trend.az

3Источники