RU

Azərbaycanlı futbolçu HƏBS EDİLDİ - FOTO

Bu ilin yanvarında ömürlük futboldan uzaqlaşdıran Adil Nağıyevin cəzası məlum olub.

News365.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum olunub. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

A. Nağıyev öz komandasının oyununa mərc etməkdə günahlandırılır.

O, komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.

Belə ki, hər iki futbolçu mərc saytlarında “Şamaxı”nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə bölgə klubu sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.

Söhbət ötən mövsüm Premyer Liqanın 15-ci turunda keçirilən “Şamaxı” – “Kəpəz” matçından gedir.

Bundan başqa, onlar ötən ilin 4 dekabrında Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində “Zirə” – “Şamaxı” matçında manipulyasiyaya əl atıblar.

A. Nağıyev “Şamaxı”nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.

Избранный
15
news365.az

1Источники