RU

Kəşf edilən yeni qurbağaya Braziliya prezidentinin şərəfinə bu ad qoyuldu


Braziliyalı alimlər amfibiyaların yeni bir növü olan və ölçüsü 14 millimetrdən çox olmayan “Brachycephalus lulai” adlı miniatür qurbağa kəşf ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, ailənin yeni üzvünə Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın şərəfinə belə ad verilib.
Alimlərin fikrincə, qurbağa dağlıq ərazilərin meşə dibində yaşayır. “Brachycephalus” cinsinin üzvləri canlı rəngləri və olduqca kiçik ölçüləri ilə tanınırlar. Onlar ən kiçik quru onurğalıları arasındadırlar. Hazırda elmə bu cinsdən 42 növ məlumdur ki, bunlardan 35-i 2000-ci ildən sonta kəşf edilib.
Bu qurbağaların əksəriyyəti endemikdir və yalnız ayrı-ayrı dağ zirvələrində və ya kiçik bitişik ərazilərdə rast gəlinir.
Məhdud yaşayış yerlərinə görə, onlar çox vaxt nəsli kəsilməkdə olan növlər hesab olunurlar.
Yeni növ Atlantik okeanı yaxınlığında, Santa Katarina ştatının ucqar Serra-du-Quiriri dağ silsiləsində aşkar edilib.

Избранный
20
1
yeniavaz.com

2Источники