RU

Yeni il süfrəsində ən zərərli 3 yemək

Yeni il süfrəsi hər zaman bolluqla seçilir, amma dietoloqlar xəbərdarlıq edir: bəzi bayram yeməkləri bədən quruluşu və mədə-bağırsaq sistemi üçün ciddi yük yarada bilər.

E-saglam.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Nikolay Miller bayram masasında ən təhlükəli üç yeməyi açıqlayıb və riski azaltmağın yollarını izah edib.

Millerin sözlərinə görə, birinci risk qrupu mayonezli salatlardır. Olivye, şuba və digər mayonez əsaslı yeməklər olduqca kalorilidir — 100 qramda 400 kkal-a qədər enerji var. Uzun müddət süfrədə qaldıqda zəhərlənmə riski də artır. Riskləri azaltmaq üçün mayonezi yunan qatığı ilə əvəz etmək, salatları soyuducuda saxlamaq və porsiyanı 150 qramdan artıq etməmək tövsiyə olunur.

İkinci təhlükəli qida qızardılmış ət və quş ətidir. Xırtıldayan qabıq akrilamid və heterosiklik amin kimi kanserogen maddələr yaradır. Qızartma həm də yeməyin kalori dəyərini kəskin artırır və mədə-bağırsaq narahatlıqlarını gücləndirə bilər. Mütəxəssis ətin qril və ya sobada yağsız bişirilməsini, marinadda limon və göyərti seçilməsini və porsiyanın ovuc boyu olmasını tövsiyə edir.

Üçüncü alkoqol və yağlı qəlyanaltıların birgə qəbuludur. Alkoqol həm kalori yükünü artırır, həm də iştahanı gücləndirir. Yağlı qidalarla birlikdə qaraciyərə və mədəaltı vəzə əlavə yük düşür. Diyetoloq hər stəkan içkini su ilə növbələşdirməyi, quru şərab seçməyi və acqarına içməməyi məsləhət görür.

Miller bildirir ki, mayonez, qızardılmış ət və alkoqol birlikdə orqanizm üçün böyük yükdür və hətta sağlam insan belə yeni ilin ilk günündə narahatlıq hiss edə bilər. Bunun qarşısını almaq üçün yeni il gecəsinə tərəvəzli qəlyanaltı ilə başlamaq, əsas yemək kimi bişmiş ət və ya balıq seçmək və porsiya ölçülərinə nəzarət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
58
33
e-saglam.az

10Источники