Qara istiot dünyada ən məşhur ədviyyatdır. Ona “Ədviyyat kralı” adı təkcə dünyanın bütün mətbəxlərinin tələbatına görə deyil, faydalı xüsusiyyətləri baxımından da verilib. Publika.az xəbər verir ki, qara istiotun müntəzəm istifadəsi xolesterin və qanda qlükoza səviyyəsini idarə etməyə kömək edir, beyin fəaliyyətini yaxşılaşdırır, hətta yaşlanmanı ləngidir. Onun faydalı xüsusiyyətləri bununla bitmir. Qara istiot güclü antioksidant - piperinin yüksək konsentrasiyasını ehtiva edir. Bu, bədəni sərbəst radikal zədələrdən qoruyur, iltihablı proseslərin inkişafının qarşısını alır, yaşlanma prosesini ləngidir və ultrabənövşəyi şüalanmadan qoruyur. Yeri gəlmişkən, piperin başqa bir təbii antioksidant olan kurkuminin təsirini xeyli artırır, buna görə sarıköklü yeməklərə hər zaman qara istiot əlavə etmək tövsiyə olunur.Saglamolun.Az