RU

Sürücülərin nəzərinə Qəza riskini artırır

Metbuat saytına istinadən ain.az xəbər verir.

Yağışlı və soyuq havalarda avtomobil sürərkən şüşələrin qəfil buxarlanması sürücülər üçün ciddi təhlükə yaradır. Görüntü məhdudluğu qəzaların baş vermə riskini artırdığından, bu halın yaranma səbəblərini bilmək və vaxtında aradan qaldırmaq xüsusilə vacibdir.

Avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, avtomobilin içərisinin buxarlanması adətən iki halda baş verə bilər:

"Birinci hal çöldən içəriyə hava girişini tənzimləyən resirkulyasiya düyməsi ilə bağlıdır. Əgər bu düymə çöl havasını kəsib yalnız avtomobilin öz içərisindəki havanı dövr etdirirsə, xüsusilə soyuq və yağışlı havalarda şüşələrdə buxarlanma yaranır. Çünki çöldə hava soyuq, avtomobilin içərisi isə isti olur. Belə havalarda resirkulyasiya düyməsi mütləq deaktiv edilməli, çöldən gələn hava içərisinə buraxılmalıdır. Əgər pis qoxulu bir ərazidən keçirsinizsə, çöldə narahatedici iy varsa, o zaman resirkulyasiya düyməsini aktiv edirsiniz. Bu halda xaricdəki qoxular avtomobilin içərisinə daxil olmur".

S.Ağabəylinin sözlərinə görə, sobanın radiatorunun sızıntısı ilə bağlı olaraq da buxarlanma baş verə bilir:

"Radiatorda hər hansı maye, xüsusən antifriz sızması olarsa, buxarlanma yaranır və həmin maye ventilyasiya vasitəsilə içəriyə yayılır. Bu, sürücünün və sərnişinlərin bronxlarına ciddi zərər verir, ona görə radiatorun tez bir zamanda təmir edilməsi vacibdir. Bundan əlavə, adətən qadın sürücülərin avtomobillərində tez buxarlanma olur. Səbəb isə makiyaj vasitələri, spirt tərkibli ətirlərdir. Eyni zamanda, içkili bir adam avtomobilə əyləşdikdə, onun nəfəsindəki spirt də içəridə buxarlanma yarada bilər. Bu halda şüşənin bir qədər açılması və ya sobanın küləyinin alın şüşəsinə yönəldilməsi buxarlanmanı aradan qaldırır. Əks halda sürücünün görüntü məsafəsi azalır və qəza riski artır".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
metbuat.az

2Источники