ain.az bildirir, Avtosfer portalına istinadən.
Hər il ictimai nəqliyyatda qiymətlər artanda hökümət rəsmiləri bildirirlər ki, bəs qiymət artımı nəqliyyatda xidmət və keyfiyyətin yüksəldilməsi üçündür. Ancaq nə avtobus nəqliyyatında, nədə metroda təssüfki heç bir xidmət və keyfiyyət yüksəlməsi baş vermir. İctimai nəqliyyatda xidmət və keyfiyyət nəyinki yüksəlmir, əksinə problemlər dahada dərinləşir. Problemlərin illərdir davam etdiyi və qiymət artımından sonra xidmətin dahada bərbad vəziiyyətə düşdüyü ictimai nəqliyyat növlərindən biridə metrodur. Beləki, hər gün səhər saatlarında insanlar işə getmək üçün qatara minmək uğrunda sözün əsl mənasında mübarizə aparırlar.Sərnişinlər qatarın içəsində o qədər çox olur ki, qatarın hərəkət edə bilməsi üçün qapılar belə bağlana bilmir. Üstəlik hər stansiyada qapının 30 saniyə içərisində açılıb, bağlanmasına görə sərnişinlər qapının arasında qalıb xəsarət alırlar. Çox vaxt qatarda o qədər sıxlıq olurki, qapı bağlansa belə, sərnişinlərin paltarı qapının arasında qalır və növbəti stansiyaya qədər o vəziyyətdə getməli olurlar. Memar Əcəmi stansiyasından Bənövşəyi xəttdə Avtovağzal stansiyasına gedən qatar 15 dəqiqədən bir gəlir və qatarın qapısı açılan kimi 10 saniyə keçməmiş dərhal bağlanır.İki gün öncə 3-4 yaşlarında bir uşaq anası ilə birlikdə qatara minmək istəyəndə qapı bağlandı uşaq qatarın arasında qaldı. Ən pisi isə odur ki, uşağın qışqırtı və ağlamasına metroda dispetçer xanım ümumiyyətlə soyuq qanlı yanaşdı və qatar hərəkətinə davam etdi. Bundan başqa qatarlar tünellərin içərisində səbəbsiz yerə dayanır və dəqiqələrlə gözləyir. Nəticə etibarı ilə insanlar mənzil başına gecikirlər. Lakin Yaponiya, Cənubi Koreya, eyni zamanda Qərb ölkələrində metroda sərnişinlərin düşüb-minməsi üçün qatarın qapıları 1 dəqiqə, 1 dəqiqə 30 saniyə açıq qalır. Üstəlik sərnişinlərin düşüb minməsi ayrı-ayrı qapılardan həyata keçirilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu problemi hansısa bir formada tənzimləmək mümkündür. Onun sözlərinə görə, qatarların hərəkətini sərnişin axınına uyğun tənzimləmək lazımdır: "Bu gün süni intillektin imkanları genişdir. Yəni hal-hazırda rahatlıqla bilmək olarki, günün hansı saatlarında daha çox sərnişin metrodan istifadə edir. Həmin saatlarda da qatarların intervalını tənzimləmək lazımdır. İnkişaf etmiş ölkələrdə qatarın daha uzun müddət dayanmasına gəlincə isə, onlarda qatar 500 km/s sürətlə hərəkət edir. Yəni qatarın hərəkətini gözlə görmək mümkün deyil.Ölkəmizdə isə bu cür qatarlar yoxdur. Qatarlar Sovetlər Birliyinin dövründən qalıb. Ölkəmizdə bu problemi birdə bu yolla həll etmək olar ki, hər vaqonun üzərinə kamera quraşdırmaqla, maşinist kameradan rahat şəkildə görə bilər ki, bütün vaqonlarda sərnişinlər qatara minə bilibmi. Məhz bundan sonra vaqonların qapısını bağlaya bilər"./big.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.