RU

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib

Dekabrın 12-də, anım günündə Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

SİA xəbər verir ki, Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi rəhbər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqilliyə qovuşmasında böyük pay sahibi olub. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil və suveren Azərbaycanın dinamik inkişafı, beynəlxalq miqyasda sarsılmaz mövqeyi və böyük nüfuzu dahi rəhbərin arzularının çiçək açması, həyata keçməsidir.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabının təqdimatı olub. Kitabda dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu, dövlətçilik fəlsəfəsi və Azərbaycan tarixində həlledici rolu sistemli şəkildə təhlil edilib. Ümummilli Liderin rəhbərliyinin müxtəlif mərhələləri əhatə olunmaqla onun müasir dövlətçilik quruculuğuna verdiyi töhfələr, ədliyyə siyasəti və məhkəmə sistemi sahəsində həyata keçirdiyi islahatlar kitabda hərtərəfli şəkildə öz əksini tapıb.

Həmçinin Prezident İlham Əliyevin demoktarik, hüquqi və dünyəvi dövlət quruculuğunda əldə etdiyi uğurlar, Azərbaycanın dünyada tanınması sahəsində gördüyü işlər analitik baxımdan təqdim edilir. Kitabda Ulu Öndərin zəngin irsinin öyrənilməsi, qiymətləndirilməsi və gələcək nəsillər üçün əhəmiyyəti haqqında elmi əsaslandırılmış nəticələr aparıcı yer tutur.

Избранный
21
7
sia.az

9Источники