Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə aparan bütün yolları tamamilə bağlayaraq şəhərdə olan Rusiya ordusunun hissələrini mühasirəyə alıb.

Leqal.info xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Ukrayna ordusunun komandanlığın məlumatına əsasən, müdafiə qüvvələri Rusiya ordusunun Kupyanskda olan bölmələrini blokadaya alıb və şəhərin bütün şimal-qərb kənarını təmizləyib.

Bundan başqa, şəhər yaxınlığındakı Kondraşovka və Radkovka kəndləri və onların ətrafı azad edilib.

Bildirilir ki, mühasirəni yarmaq cəhdləri dəf edilir.

Leqal.info