Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Aşqabadda görüş zamanı müzakirə etdikləri məsələlər açıqlanıb.
Leqal.info xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin görüşlə bağlı məlumatında deyilir ki, prezidentlər Türkiyə–Rusiya münasibətləri, Rusiya–Ukrayna müharibəsində sülh səyləri və Aİ-nin Rusiya aktivlərinin dondurması kimi məsələləri müzakirə ediblər.
Ərdoğan müharibənin ədalətli və davamlı sülhlə bitməsi üçün göstərilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb və enerji obyektləri ilə limanları əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini bildirib.
Türkiyənin sülh prosesini yaxından izlədiyi və istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğu qeyd olunub.
Görüşdə eyni zamanda Fələstin və Suriyadakı son hadisələr, o cümlədən Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта