RU

Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8% artaraq 2 milyard 488,8 milyon manat olub.

Bu barədə  “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki , özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq 1 263 milyon manat olub.

"Cebheinfo.az"

Избранный
7
13
cebheinfo.az

10Источники