RU

Zakir Həsənov və Özbəkistanın nümayəndə heyəti komando hərbi hissəsində olublar – VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.

General-polkovnik Z.Həsənov Özbəkistanın hərbi nümayəndə heyəti ilə birgə tir, əsgər yataqxanası, silah otağı, əşya anbarı, həmçinin yeməkxanaya gələrək burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.

Hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi simulyasiya vasitəsinə baxışdan sonra qonaqlar hərbi qulluqçuların idman hazırlığını izləyiblər.

Nümayəndələrə komandoların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri nümayiş etdirilib.

Qonaqlara Müdafiə Sənayesi Nazirliyinin, həmçinin hərbi sənaye şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələri təqdim olunub.

Daha sonra Özbəkistan nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Ziyarət qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və iki ölkənin müdafiə qurumları arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

52725d4d2670442c1d337b444d386d37

2931562d90b8b6d93a6e5338de7d5e0a

d678170200e1f2599b832d047cd89990

483c1156cab350c1a6eee42b7998b312

0d758d81496b7ab86ffb88bfe7ab0125

c9448565a15590442aac9a5f751dbf29

349d049d23054313838c88fda4a46a65

62015aac57b87cb0b7c039c17cd59a7e

Избранный
3
27
poliqon.az

10Источники