RU

İsrail Beyruta hücuma hazırlaşır Xəbərdarlıq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Livanın Xarici İşlər naziri Yusif Raci bildirib ki, ölkəsi İsrailin mümkün genişmiqyaslı hərbi əməliyyatları ilə bağlı diplomatik kanallar vasitəsilə ciddi xəbərdarlıqlar alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, bu barədə “Əl-Cəzirə”yə müsahibəsində danışıb.

“Beyruta İsrailin böyük hərbi əməliyyata hazırlaşdığı barədə daxil olan kəşfiyyat məlumatları təhlükəlidir. Təhdidlər artıq yalnız mediada səslənmir. Bunlar diplomatik kanallar və Qərb nümayəndələri vasitəsilə də çatdırılır”, – deyə nazir qeyd edib.

Raci vurğulayıb ki, Livan diplomatiyasının əsas məqsədi vəziyyətin hərbi eskalasiyaya çevrilməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, hökumət İsrailin hücumunun qaçılmaz ola biləcəyi ehtimalını nəzərə alır.

“Təl-Əviv eskalasiya və danışıqları bir-birindən ayrı məsələlər kimi görür”, – deyə o əlavə edib.

Nazir onu da bildirib ki, Livan ordusu, BMT qüvvələri ilə birlikdə, 2025-ci ilin sonuna qədər Litani çayının cənubunda digər silahlı qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq missiyasını başa çatdıracaq.

Lakin Raci qeyd edib ki, Qərbdən gələn siqnallara görə, Livana qarşı tələblər artıq Litani çayının cənubunu deyil, şimal bölgələrini də əhatə edir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники