RU

4 dövlət Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasına səs verib

Belçika Avropa Birliyindəki Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasının lehinə səs verib.

AzPost bildirir ki, Bolqarıstan, İtaliya və Malta da bu qərara qoşulub.

“Əməkdaşlıq ruhu ilə Belçika, Bolqarıstan, İtaliya və Malta mövcud yazılı prosedur çərçivəsində “Lehinə” səs verirlər. Lakin bu səsvermə heç bir halda liderlər səviyyəsində qəbul edilməli olan dondurulmuş Rusiya aktivlərinin mümkün istifadəsi ilə bağlı qərarı əvvəlcədən müəyyən etmir”- deyə dörd ölkənin bəyanatında vurğulanır.

Aktivlərin taleyi ilə bağlı son qərar 18-19 dekabr tarixlərində keçiriləcək Aİ sammitində veriləcək. Almaniya və digər Aİ ölkələri əvvəllər Ukraynanın xeyrinə Rusiya dövlət əmlakının istifadəsi üçün hüquqi baza yaratmaq barədə razılığa gəliblr. Birinci mərhələdə Aİ-də dondurulmuş Rusiya aktivlərinin qaytarılmasına qeyri-müəyyən müddətə qadağa qoyulması planlaşdırılır.

AzPost.az

Избранный
27
azpost.info

1Источники