“Hazırda “TəhsilPlus” kartları vasitəsi ilə tələbələrə endirimlərin edilməsi məsələsi müzakirə edilir”.
Redaktor.az xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.
O qeyd edib ki, tələbələr üçün yaxşı fürsətlər və endirim faizlərini nəzərdə tutan yeniliklər gözlənilir: “Əminik ki, bu, tələbələrin çox xoşuna gələcək”.