RU

Umerov ABŞ və Avropadan olan milli təhlükəsizlik müşavirləri ilə görüş keçirib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ və bir sıra Avropa ölkələrinin iştirakı ilə milli təhlükəsizlik müşavirləri ilə videokonfrans vasitəsilə görüş keçirib.

APA xəbər verir ki, bu barədə Umerovun “Telegram” kanalında dərc olunmuş açıqlamada deyilir.

"Bu gün Ukrayna, ABŞ və Avropa tərəfdaşlarımızın iştirakı ilə milli təhlükəsizlik müşavirlərinin videokonfransını keçirdik", - o yazıb.

Umerov həmçinin bildirib ki, Avropada Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə nəzarət etmək üçün müdafiə qrupu hazırlanır.

Ukrayna tərəfindən prosesə Ukrayna Silahlı Qüvvələri, kəşfiyyat və təhlükəsizlik sektorunun nümayəndələri cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
1
apa.az

2Источники