Bakı. Trend:
Yaponiyanın "Honda Motor" avtomobil istehsalçısı ticarətkəsirini azaltmaq üçün ABŞ-dən öz avtomobillərinin idxalınıgenişləndirə bilər.
Trend-inməlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.
Qeyd edilib ki, hazırda şirkət, o cümlədən ABŞ-dən hansımodellərin idxal ediləcəyini müəyyən etmək üçün bazar araşdırmasıaparır. "Toyota Motor"un əvvəllər də bildirildiyi kimi oxşarplanları var. "Nissan Motor" şirkəti bazarı təhlil etdikdən sonraABŞ-dan avtomobillərini idxal etmək qərarına gələcəyinibildirib.
Qeyd edək ki. Trampın yüksək idxal rüsumlarını azaltmaq üçünTokio və Vaşinqton arasında aparılan danışıqlarda ticarət kəsirininazaldılması əsas mövzu olub.