Qazaxıstanın Karaqanda vilayətinin Şetski rayonunun Moyıntı kəndində kafedə partlayış olub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, qaz balonunun partlaması yanğınla müşayiət olunub. Hadisə nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.