RU

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb (FOTO)

Bakı. Trend:

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar AzərbaycanRespublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində anımtədbiri keçirilib.

Bu barədə Trend-ə Səfirlikdən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutlayad edilib, onun büstünün önünə əklil qoyulub.

Tədbir zamanı Ümummilli Liderin Azərbaycan xalqı və dövlətinintarixində oynadığı müstəsna rol, müasir Azərbaycanın qurulması vəmöhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, eləcə də zəngin vəmüdrik dövlətçilik irsi xüsusi vurğulanıb.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin 1982-ci ildəMeksikaya nümayəndə heyətinin rəhbəri kimi rəsmi səfərinə dairvideo-reportaj nümayiş etdirilib. Nümayiş olunan materiallarınAzərbaycan Televiziyasının Qızıl Fonduna aid nadir arxiv görüntülərolduğu vurğulanıb. Bu səfərin Azərbaycan–Meksika münasibətlərinintarixi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Məqalədə:
Избранный
86
4
az.trend.az

10Источники