RU

“Azərbaycan bayrağı” ordenli hərbçi Ukrayna müharibəsində həlak oldu

Azərbaycanın ehtiyatda olan hərbçisi, kapitan Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada həlak olub.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, Q.Həsənov 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi kimi xidmət edib.

O, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Q.Həsənov Azərbaycan Ordusundan ehtiyyata buraxılandan sonra, Rusiya getmiş, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə döyüşüb.


Telegram kanalımız
Избранный
40
9
yenisabah.az

3Источники