Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayonun Babək prospektində bir nəfərə məxsus *4680* manat dəyərində inşaat materialları oğurlanıb. Hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.
Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə *1000* manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.