RU

Ukrayna üçün daha bir TƏHDİD – Zaporojye AES-də NƏLƏR BAŞ VERİR? 

Zaporojye Atom Elektrik Stansiyası (AES) Ukrayna–Rusiya münaqişəsinin ən həssas və riskli nöqtələrindən biridir.

Avropanın ən böyük atom elektrik stansiyası olması, aktiv hərbi əməliyyatlar zonasına yaxınlığı və beynəlxalq nüvə təhlükəsizliyi üçün yaratdığı risklər onu yalnız regional deyil, qlobal təhlükəsizlik məsələsinə çevirir.

Prezident Volodimir Zelenskinin açıqlamalarına görə, mümkün atəşkəs danışıqları çərçivəsində tərəflər Zaporojye AES üzrə konsensusa gələ bilməyiblər. ABŞ isə alternativ çıxış yolu kimi stansiyanın birgə idarə edilməsini və faktiki demilitarizasiyanı təklif edir.

Burada iki sual yaranır: ABŞ-nin AES-in birgə idarəsi təklifi və demilitarizasiya konsepti praktiki baxımdan necə həyata keçirilə bilər və tərəflər üçün hansı siyasi riskləri daşıyır? Zaporojye AES-in Rusiyanın nəzarətində qalması Ukrayna-Rusiya danışıqlarının struktur və məzmununa hansı strateji təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, əslində Zelenski tərəfi danışıqlarda texniki və detallı məsələlərin xüsusi vurğulanması ilə Ukrayna–Rusiya arasında imzalanacaq potensial sənəddə “kapitulyasiya” görüntüsünün yaranmamasına çalışır:

“Kiyev istəmir ki, imzalanacaq hər hansı saziş, atəşkəs və ya çərçivə sənədi Ukraynanın uduzan tərəf kimi təqdim olunmasına səbəb olsun.

Bu səbəbdən prosesin uzanması müəyyən mənada məqsədli görünür: detallara həddindən artıq diqqət yetirmək danışıqların tempini ləngidir və bununla Ukrayna öz mövqeyini gücləndirməyə çalışır.

Digər tərəfdən, ABŞ hər zaman olduğu kimi burada da öz maraqlarını prioritet qəbul edir.

Donald Tramp administrasiyasının yanaşmasında isə iqtisadi imperativlər əsas amillərdən biridir. Məhz buna görə də ABŞ-nin irəli sürdüyü “birgə idarəetmə” kimi təkliflər daha çox geopolitik və iqtisadi hesablamalara dayanır”.

Şərhçinin sözlərinə görə, əgər böyük güclər – xüsusilə də Avropa dövlətləri və Britaniya – imzalanma prosesində Ukraynanı başqa istiqamətə yönəltməzsə, Zelenskinin israr etdiyi bu detallı yanaşma prosesin mahiyyətinə təsir etməsə də, onun vaxtını uzada bilər:

“Misal üçün, Zaporojye Atom Elektrik Stansiyasının kimdə qalması kimi məsələlər strateji baxımdan önəmli olsa da, danışıqların imzalanmasını kökündən dayandıracaq böyüklükdə faktor deyil; bunlar daha çox prosesin uzanmasına səbəb olan texniki detallar kimi çıxış edir”.

Избранный
40
nocomment.az

1Источники