RU

Hakim Bəylər Ələkbərov təqsirləndirilən şəxsin müdafiəçisi rolunda çıxış edib

Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin keçmiş rəisinin qeyri-rəsmi sürücüsü, şöbənin böyük icra məmurunun həyat yoldaşı Orxan Orucov iki nəfərə qarşı dələduzluqda ittiham olunur.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Orxan Orucov özünü Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı kimi təqdim edərək, faktiki nikah münasibətində yaşadığı qadının xidməti geyimini və şöbəyə məxsus xidməti avtomobili istifadə etməklə rəsmi işçi obrazı yaradıb.

Bu yolla əlillik müavinəti alan zərərçəkmiş Nicatı aldadaraq ona bildirib ki, ədliyyə işçisi olduğuna görə kredit ödənişlərini onun əvəzindən maaş kartından ödəyəcək. Nicatın adına kredit götürdükdən sonra ödənişləri etməyib. Nəticədə bank zərərçəkmişin aylıq müavinətini tutub.

İkinci epizodda Orxan Orucov sosial şəbəkədə tanış olduğu Siyəzən sakini Ramilə Nəzərovanı da eyni üsulla aldadaraq 14 min manatını ələ keçirib. O, qadına guya ədliyyə sistemində yüksək vəzifəyə təyin olunacağı barədə vəd verib, həyat yoldaşının ədliyyə formalarını göstərib, özünü rəsmi işçi kimi təqdim edib. Qadının etibarını qazandıqdan sonra yüksək vəzifəyə təyinat üçün pul lazım olduğunu deyərək ondan hissə-hissə 14 min manat alıb.

Ramilə Nəzərovanın sözlərinə görə, Orucov ona adi debet kartını maaş kartı kimi təqdim edərək pulların geri qaytarılacağına inandırıb.

Избранный
28
3
publika.az

4Источники