RU

Salah "Liverpul"un heyətinə qaytarıldı

Cinah hücumçusu Məhəmməd Salah “Liverpul”un əsas heyətinə qaytarılıb.

Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 16-cı turunda "qırmızılar"ın "Brayton"a qarşı bu gün keçirəcəyi matçda komandasının sıralarında olacaq.

Salah Çempionlar Liqasında "İnter"lə səfər  oyununu buraxıb (1:0). Misirli ulduzun heyətdən kənarlaşdırılmasının səbəbi ardıcıl üçüncü dəfə ehtiyatda qaldıqdan sonra mətbuata qalmaqallı açıqlama verməsidir.

33 yaşlı Mo 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Sözügedən futbolçu mersisaydlıların heyətində ümumilikdə 420 oyuna çıxaraq 250 qol və 116 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

 

Избранный
2
1
fanat.az

2Источники