RU

Evinə gedən qadını hədələyərək pulunu aldı

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info – ya bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
8
icma.az

10Источники