Ramiz Mehdiyev ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətirmək istəyirmiş.
“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a müsahibəsində keçmiş maliyyə naziri Əvəz Ələkbərov deyib.
"Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarəetmə mütəxəssisi idi".
Əvəz Ələkbərov özünün nazir işlədiyi dövrdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlərin də adını çəkib:
"Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib".
Telegram kanalımız