RU

İşçilərə əməkhaqqı ayda iki dəfə veriləcək?

“Əmək Məcəlləsinə (ƏM) edilən geniş əlavə və dəyişikliklərin bəzi hissələri mediada səhv şərh olunur. ƏM 172.1. maddəsi qismən dəyişdilir. Əvvəlki redaksyada belədir: "Aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir".

"Cebheinfo.az" xəbər verir ki, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bununla bağlı məsələni şərh edib.

Sahib Məmmədov bildirir ki, yeni layihədə imperativlik aradan qalxır:

"Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əmək haqqı ödəmək demək olar ki, mümkün deyil. Xüsusən büdcədən maliyyəşən qurumlar bunu edə bilməyəcək, çünki maliyyə nazırliyi əməkhaqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək.

Ümumiyyətlə, bu hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə 172.1 bu redaksiyada verilir: "Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər”.

Bəli, ayda iki dəfə verilə bilər, işəgötürənlə işçi arasıda razılamaya əsasən edilməlidir və əmək müqaviləsində nəzərdə tutulmalıdır. Yəni "dəyişiklikdən sonra işçilərə əməkhaqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur".

Избранный
21
2
cebheinfo.az

3Источники