RU

Ərdəbil vilayəti ilə Azərbaycan arasında dəmir yolu yükdaşımalara öz töhfəsini verə bilər (MÜSAHİBƏ)

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətindəƏrdəbil-Parsabad dəmir yolu xətti bu vilayət ilə Azərbaycanarasında dəmir yolu əlaqələri və yükdaşımalara öz töhfəsini verəbilər.

Bunu Trend-əmüsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganədeyib.

Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmir yolu xəttiƏrdəbil-Miyana dəmir yolu xəttinin ikinci hissəsi hesab olunur.

İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olanƏrdəbil-Parsabad dəmir yolu xəttinin tikintisi ilə əlaqədartədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.

Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və BüdcəTəşkilatından bu dəmir yolu xəttinin tikintisi üçün texnikilisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.

“Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzindəsaxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndindədəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişlirayonu qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıqolacaq. Ötən illər ərzində bu dəmir yolu ilə əlaqədar iki ölkəarasında razılaşma əldə olunub. İran hökuməti bu dəmir yolu iləəlaqədar razılığını elan edib. Bu xətt də Ərdəbil vilayəti iləAzərbaycan arasında dəmir yolu əlaqələrinin inkişafına şəraityarada bilər. Sözügedən dəmir yolu Ərdəbil vilayətinin CənubiQafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi Avropa ölkələrinəçıxışını təmin edəcək”, - deyə o bildirib.

İmami Yeganə qeyd edib ki, bu dəmir yolunun tikintisiMiyana-Ərdəbil dəmir yolu xətti ilə müqayisədə daha asandır. ÇünkiMiyana-Ərdəbil xəttinin əksər hissəsi dağlıq ərazilərdən keçir.Miyana-Ərdəbil dəmir yolu xəttinin isə cari İran ilinin sonunadək(20 mart 2026) istifadəyə verilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, İranın hazırkı hökumətinin ( hazırkıhökumət avqust 2024-dən iqtidardadır) və Prezident MəsudPezeşkianın prioritetlərindən biri sərhəd vilayətlərinin qonşuölkələrlə müxtəlif sahələrdə əlaqələrinin inkişafetdirilməsidir.

Vali bildirib ki, İranın şimal-qərbində yerləşən Ərdəbilvilayətinin Azərbaycanla 370 km uzunluğunda birgə sərhədi olduğununəzərə alaraq sərhədyanı diplomatiyadan maksimum şəkildəfaydalanmaq mümkündür.

“Ərdəbil vilayəti Azərbaycanla müxtəlif iqtisadi və ticarətsahələrində əlaqələrini inkişaf etdirməklə Cənubi Qafqaz ölkələri,Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və Şərqi Avropa ölkələriilə iqtisadi əlaqələr qura bilər. Bu çərçivədə ötən 1 il ərzindəƏrdəbil vilayəti müxtəlif ölkələrdən investorlarla əlaqələr quraraqiqtisadi inkişafı diqqət mərkəzində saxlayıb. Azərbaycana səfərçərçivəsində aparılan müzakirələrdə son vaxtlar istifadəyə verilmişƏrdəbil Azad Ticarət və Sənaye Zonasının fəaliyyətinə xüsusi yerayrılıb. Bu zona iki ölkə arasında birgə ticarət və sənayezonasının yaradılmasına imkan yarada bilər. Bununla əlaqədar ikiölkə arasında müzakirələr aparılır”, - deyə o qeyd edib.

İmami Yeganə deyib ki, İranın şimal-qərbində yerləşənvilayətlərin, o cümlədən Ərdəbilin Azərbaycanla bir çox bağlarınınolduğunu nəzərə alaraq, Ərdəbilin Azərbaycanla ticarətdövriyyəsinin artırılması üçün səylər göstərilir. Müxtəlifsahələrdə, o cümlədən investisiya sahəsində iş adamları,investorlar Ərdəbil vilayətinə dəvət olunublar.

Vali bildirib ki, İranda ən böyük kənd təsərrüfatı parkı Ərdəbilvilayətində yaradılır. Bu isə iqtisadi və ticarət baxımından işadamları üçün müxtəlif imkanlar aça bilər. Vilayətdə yerləşənistixanalar bölgədə kənd təsərrüfatı məhsullarının təminolunmasında böyük rola sahibdir. Ərdəbildə kənd təsərrüfatıməhsullarının istehsalı və emal sektorundakı potensiallarinvestorların diqqətini cəlb edir. Çünki bu vilayətin kəndtəsərrüfatı məhsullarının Avrasiya İqtisadi İttifaqı ölkələrinəixrac edilməsi üçün imkanlar var. Burada həmçinin turizm baxımındanböyük imkanlar yaradıla bilər. Bu istiqamətdə vilayətdə hotellərintikilməsi və digər turizm sahələri, iqlim çeşidliliyi investorlarınmarağını cəlb edə bilər.

Onun sözlərinə görə, Ərdəbil vilayətində sənaye, tikinti,sement, təkər, polietilen borular, sellüloz liflər, parça və geyim,elektronika ehtiyat hissələri, avtomobil ehtiyat hissələriistehsalı, eyni zamanda mədən sektorunda imkanlar mövcuddur. Bütünbunlar həm azərbaycanlı investorların Ərdəbil vilayətində, həm dəyerli investorların Azərbaycanda yatırım etmələrinə şərait yaradavə məhsul ixracına öz töhfəsini verə bilər.

Vali deyib ki, Ərdəbil vilayətində məhsul ixracı əsashədəflərdəndir. Belə ki, vilayətdən məhsul ixracının minimum ikidəfə artırılması diqqət mərkəzində saxlanılır. Bu baxımdan Ərdəbilvilayəti üçün böyük bir imkan yaranıb ki, kənd təsərrüfatı, sənaye,mədən və turizm sahələrində Azərbaycanla yaxın əlaqələr qurabilsin. Bu isə həm Ərdəbil vilayəti, həm də İran hökumətitərəfindən ciddi şəkildə dəstəklənir.

İmami Yeganə əlavə edib ki, cari İran ilinin 8 ayı (21 mart -21noyabr 2025) ərzində Ərdəbil vilayətinin Azərbaycanla gömrük-sərhədməntəqəsi vasitəsi ilə 270 milyon dollarlıq məhsul ixrac edib. Valibildirib ki, Ərdəbil vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığıgenişləndirərək məhsul ixracını artırmaq niyyətindədir.

Onun sözlərinə görə, Azərbaycanda baş tutan görüşlərdəqarşılıqlı səfərlərdən sonra davamlı şəkildə hər iki tərəfinmütəxəssisləri arasında əlaqələrin inkişafının diqqət mərkəzindəsaxlanılması önəm kəsb edir.

Избранный
56
3
az.trend.az

4Источники