RU

Hindistanda Messinin olduğu stadiondaİĞTİŞAŞ

Hindistanın Qərbi Benqal ştatının Kəlküttə şəhərində yerləşən “Solt Leyk” stadionunda Argentinalı futbolçu Messinin Hindistan səfəri çərçivəsində təşkil olunan tədbir zamanı iğtişaşlar yaşanıb.

Xezerxeber.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 85 min nəfərlik tribunası olan stadionda canlı futbol əfsanəsini izləməyə onun minə yaxın fanatı gedib. Tədbirdə iştirak üçün bilet qiymətləri 5,000-25,000 rupi (55 -280 dollar) aralığında dəyişib. Lakin Messi meydana çıxdıqdan sonra onu rəsmi şəxslər, tanınmış simalar və digər VIP qonaqlar əhatəyə alıblar.

Nəticədə tribunada olan, Messini canlı görmək üçün böyük məbləğdə pul ödəyən tamaşaçılar futbolçunu görə bilməyiblər. Azarkeşlər narazılıqlarını əvvəlcə qışqırıqlarla ifadə edib, daha sonra meydana butulkalar, stullar və digər əşyalar atmağa başlayıblar. Təşkilatçılar Messini təcili şəkildə stadiondan çıxarıblar

Избранный
28
3
xezerxeber.az

4Источники