RU

Arda Gülərin pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR

Arda Gülər “Real Madrid”də tədricən arxa plana keçib.

NOCOMMENT.az-ın xəbərinə görə, Ardanın “Selta Viqo” ilə qarşılaşmada start heyətində yer almasına baxmayaraq, gözləntiləri doğrulda bilməməsi və “Mançester Siti” ilə oyuna sonradan daxil olub fərq yarada bilməməsi gənc futbolçunun komandadakı çəkisini azaldıb.

Madrid klubu mövsümə güclü start verib, “Atletico Madrid” derbisinə qədər bütün matçlarda qələbə qazanıb. O dövrdə komandada Gülər-Mbappe birliyi diqqət çəkirdi. Lakin hazırkı mərhələdə fransız ulduzun türk futbolçunu oyunda tərəfdaş kimi axtarmadan da effektiv ola bildiyi görünür. Arda isə “10 nömrə” mövqeyində özünə yeni rol tapmaqda çətinlik çəkir.

Sentyabrda start heyətinin vazkeçilməz üzvü hesab edilən Arda Gülər noyabrda tədricən geri plana düşüb, dekabrda isə demək olar ki, mövqeyini tamamilə itirib. “Bernabeu”dakı gözlənilməz məğlubiyyətdən sonra Arda komanda yoldaşları ilə birlikdə tənqid hədəfinə çevrilib.

“Real Madrid”də hazırda 11 zədəli futbolçu var və onların 6-sı müdafiə xəttindəndir. Yarımmüdafiəçilər arasında da zədəlilər var. Eduardo Kamavinqanın yoxluğu və Mbappenin ciddi sual altında olması Arda Güləri “Mendisorrosa” stadionunda “Alaves”ə qarşı oynanacaq kritik matç üçün güclü start heyəti namizədinə çevirir. Bu qarşılaşma həm “Real Madrid”, həm də xüsusilə baş məşqçi Xabi Alonso üçün dönüş nöqtəsi ola bilər.

Избранный
28
1
nocomment.az

2Источники