RU

"Turan"ın sərgilədiyi oyun deyildi" -Berdiyev futbolçulara nə deyib?

Misli Premyer Liqasının 15-ci turunda öz meydanında "Sabah"a 1:3 hesabı ilə uduzan  "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikurlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb: 

"Müdafiədə buraxdığımız kobud səhvlərə görə uduzduq. Belə səhvlər etməməliydik. Desək ki, məşqçi səhv etmir, doğru olmaz. Hamı səhv edə bilər. "Sabah"a ilk yarıda boşluqlar verdik. İkinci hissədə də oxşar epizodlarda xətalarımız oldu.

Məni istefaya səslədilər? Bu məsələlərə prezident qərar verir. Onlara ağrı verdiyimuz üçün üzgünük. Paltardəyişmə otağında futbolçulara bunun üzücü və utancverici olduğunu bildirdim. Bəli, meydanın vəziyyəti də yaxşı deyildi. Amma meydanı bəhanə edə bilmərik.

Berdiyev "Turan"ın sərgilədiyi oyun idimi?" sualına da qısa cavab verib: "Xeyr, oyun deyildi".

Nihat

Избранный
23
1
fanat.az

2Источники