RU

Kurban Berdiyev: Bu, utancvericidir

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Turan Tovuz" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sabah2a 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra "Sabah" qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.

- Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?

- Desək ki, məşçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir.  Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində "Sabah"ın istifadə edəcəyi boşluqlar çox oldu.

- Oyundan əvvəl rəqibi təhlil edirsiz?

- Əlbəttə. 

- Bu gün azarkeşlər sizin ünvanınıza "istefa" şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.

- Bu gün "Turan Tovuz"un sərgilədiyi oyun idi?

- Xeyr.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
3
sportal.az

4Источники