RU

Kəramət Böyükçöl Mədəniyyət Nazirliyinin ona kitab sifariş verməsindən danışdı

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

”Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80, 50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9 min 500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan “Səkkizinci gün” və “Əlqəmə” romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm. Yerdə 3600 manat qalır”.

Gununsesi.info xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl Mədəniyyət Nazirliyinin ondan kitab alması faktını şərh edərkən deyib.

Yazıçı daha sonra əlavə edib:

Nazirlik mənə havayı pul verməyib e, kitabımı alıb.

Yəni o siyahıda nə qədər yazıçıların, nəşriyyatların, naşirlərin adı var. Amma bütün saytlar başlığa mənim və atamın adını çıxarır. Çünki bu məsələni cəmiyyətə başqa cür maraqlı eləmək mümkün deyil.

Yeri gəlmişkən, yazıçı dostum Cəlil Cavanşirin toyundayam. Taleyin işinə baxın ki, stolda bütün ölkədə adı alkaş çıxan adamdan başqa hamı içir. İndi illərlə dövlət büdcəsini inək kimi sağanlar qalıb qıraqda, cəmiyyət Mədəniyyət nazirliyinin mənim kitabıma verdiyi 3600 manatı müzakirə edir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
4
icma.az

5Источники