RU

Xətlənmə və nişanlama aparılmadı, piyadalar vurulduVİDEO

Əks yola çıxan avtomobil iki piyadanı vurur. Kadrlar Xətai prospektində qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, hadisə yol nişanlarının və xətlənmənin olmadığı ərazidə baş verib. Şahidlər bildirir ki, yenicə təmirdən çıxan bu ərazidə hərəkət xaotikdir və təhlükə hər an yaşanır.

Çəkiliş apardığımız zaman müşahidə etdik ki, Xətai prospektində asfaltlanma işləri artıq yekunlaşıb. Köhnə asfalt qatı sökülüb, əvəzində yeni örtük vurulub və hazırda nəqliyyat vasitələri prospekt üzrə hərəkət edir.

Piyadalar bildirirlər ki, yolda texniki tamamlanma mərhələsi icra olunmadığından onlar haradan keçəcəklərini bilmirlər. Üstəlik ərazidə səkilər və parkinq zonalarında da müəyyən problemlər var

Xüsusilə sözügedən yoldan mütəmadi istifadə edənlər problemin qısa zamanda həll edilməsini istəyirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Xətai prospektində yol nişanlarının quraşdırılması, xətlənmə və hərəkətin təşkili AYNA-nın səlahiyyətinə aiddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
20
1
xezerxeber.az

2Источники