RU

"Watsapp"da qohumunun adı ilə 550 manatını mənimsədilər - TƏFƏRRÜATLARVİDEO

Votsapda qohumunun adı ilə yazan şəxsə inandı, dələduzluğun qurbanına çevrildi.

Xezerxeber.az xəbər verir ki, Gəncədə yaşayan əslən Kəlbəcərdən olan Pərviz Əliyevə yaxın qohumunun nömrəsindən mesaj gəlib.kiberdələduz onu inandırmağı və pulunu ələ keçirməyi bacarıb.

Ümumilikdə 550 manat vəsaiti həmin karta köçürən zərərçəkən sonradan qohumu ilə əlaqə saxlamağa çalışıb. Elə bu zaman o, bir neçə şəxslə birgə kiberdələduzlar tərəfindən aldadıldığının fərqinə varıb.

Pərviz Əliyev deyir ki, kütləvi dələduzluq faktı ilə bağlı zərərçəkənlər polisə müraciət edib. Artıq onların pul vəsaitini köçürdüləri kartın sahibi də müəyyən edilib.DİN-nin Mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, vətəndaşların müraciəti ilə bağlı hazırda Goranboy RPŞ-də araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
22
xezerxeber.az

1Источники