RU

Biləsuvarda yol qəzasında 15 yaşlı yeniyetmə xəsarət alıb

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Nərimankənd kəndində  qeydə alınıb. Kənd sakini Xəyal Quliyev idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına qəfil çıxan kənd sakini 2010-cu il təvəllüdlü T.Nuriyevanı vurub. Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq o,
reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü və piyada qohumdur.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
2
nocomment.az

10Источники