RU

Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti AÇIQLANDI

Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş müşahidə olunur.
 
Bu barədə jurnalist Fuad Cəfərov sosial media hesabında paylaşım edib.
 
O bildirib ki, Ləman artıq reanimasiyadan palataya köçürülüb və vəziyyəti stabildir:
 
"Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü, vəziyyəti stabildir. Müalicəsi davam edir".
 
Qeyd edək ki, Ləman həmin yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
 
Yasamalda yaşayış binasında yanğın
Yanğın hadisəsi
 
Избранный
31
7
moderator.az

10Источники