Borca görə istiliyi kəsilən binanın sakinləri ödəniş etsələr də istilik verilmir.
Xezerxeber.az xəbər verir ki, İsmayıllı rayonunun Heydər Əliyev prospektində yerləşən 111 saylı binanın sakinləri iddia edilər ki, istiliyə görə yaranan borcun böyük bir hissəsini ödəyiblər. Qalan məbləğin mərhələli şəkildə ödənilməsi ilə bağlı razılaşma əldə edilsə də, istilik təchizatı bərpa olunmayıb. Sakinlər deyirlər ki, yaxınlıqda yerləşən 113 saylı binada da eyni problem yaşansa da sonradan binaya istilik verilib.
Binanın ümumi borcu 6 min 150 manat olub. Bu məbləğin 3 min 394 manatı artıq ödənilib. Qalan 2 min 756 manatın isə iki ay ərzində tam ödəniləcəyi bildirilib.
Sakinlər deyirlər ki, istilik təmin olunduğu halda mövsümün sonunadək həm əvvəlki borclar, həm də cari ödənişlər tam şəkildə ödənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.