RU

Qobustanda “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi aksiya həyata keçirilib

Dekabrın 13-də Qobustan rayonunda Poladlı kəndində növbəti “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası həyata keçirilib.

Aksiya PAŞA Holding, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşıb. Əhalinin sağlamlığına və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına yönələn aksiyada Qobustan rayon sakinləri iştirak ediblər.

Tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdi.

Gün ərzində, saat 10:00-dan 18:00-dək keçirilən aksiyada

∙ Qanda şəkər və arterial təzyiqin ölçülməsi;

Terapevt və endokrinoloq müayinələri;

Ginekoloji müayinələr;

Oftalmoloji müayinələr;

Pediatrik müayinələr;

Travmatoloji müayinələr;

Tibbi məsləhət və yönləndirmə kimi xidmətlər əhaliyə təqdim olundu.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilib. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunub. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Tədbir maraqlı anlarla yadda qalıb, həkim müayinəsinə maraq yaratmaq üçün uşaqlara rəngləmələr və rəngli karandaşlar hədiyyə edilib. Aksiyada 1130 nəfər iştirak edib, 134 nəfərə qlükometr cihazı verilib.

Избранный
50
4
azertag.az

5Источники